Sarkisyan baş nazir postuna namizəd oldu


22:12     14 Aprel 2018 sarkisyan.jpg

Bu gün Ermənistanın hakim partiyası - Respublika Partiyasının icra orqanının toplantısı keçirilib.


Femida.az bildirir ki, iclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.

Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da baş nazir postuna rəsmən S. Sarkisyanı namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 641