Ermənistan ordusunun polkovniki həbs olundu


01:39     15 Aprel 2018 hebs.jpg

Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı həbs olunub.

Erməni KİV-lərinin yaydığı məlumata görə, adı açıqlanmayan zabit polisin milli təhlükəsizlik orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İddia edilir ki, həmin şəxs 2017-ci ildən bəri gənc əsgərlərin ilkin hərbi hazırlığı arzuolunan hərbi hissələrdə keçməsi üçün onların valideynlərindən külli miqdarda rüşvət alıb. Polkovnik-leytenantın artıq müstəntiqlərə ifadə verdiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 940