Şirvanda piyada ölümü olub


14:03     15 Aprel 2018 piyada2.jpg

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 00.30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Naməlum avtomobil hələlik şəxsiyyəti müəyyən olunmayan təxminən 40-45 yaşlı kişini vuraraq hadisə yerindən uzaqlaşıb. Meyit Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Şirvan   #Polis   #morq  

Oxunub: 1341