Stüarda hücum edildi - Təyyarə təcili endirildi


14:44     15 Aprel 2018 2018/04/teyyare_385786_1523774779.jpg

"Air China" aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin stüarda hücum etməsi səbəbindən təhlükəsizlik məqsədi ilə Xenan əyalətinin Çjençjou şəhərində təcili eniş edib.

Çanşadan Pekinə uçan laynerin sərnişinləri sağ-salamat göyərtəni tərk edib və gözləmə zalına yönləndirilib.

Ərazidə polis işləyir. Hadisənin təfərrüatları məlum deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 586