Ağsuda yanğın - Çörək sexi külə döndü


19:25     15 Aprel 2018 18_04_15_1523791691.jpg

Səhər saat 10 radələrində Ağsu rayonunda ümumi sahəsi 345 m2 olan çörək sexinin yanar konstruksiyaları 313 m2 sahədə yanıb.


"Femida.az Report-a istinadən xəbər verir ki, rayon mərkəzi bazarına bitişik olan sexdə bütün əşyalar yanıb.

Sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən təqribən 20 dəqiqə ərzində söndürülüb.

Femida.az

Açar sözlər: #ağsu   #bazar   #yanğın  

Oxunub: 1048