"Kimin silahının geridə qaldığını gördük" - Əsəddən ABŞ-a mesaj


19:54     15 Aprel 2018 18347_Esed.jpg

“Amerika filmlərində Rusiya istehsalı silahları geridə qalmış kimi göstərirlər. Bu gün kimin silahının geridə qaldığını gördük”.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd ABŞ, Böyük Britaniya və Fransanın onun ölkəsinə qarşı keçirdiyi hərbi əməliyyata münasibət bildirərkən deyib.

“Hücumların qarşısını 1970-ci illərdə istehsal edilən silahlarla aldıq. Hansı ki, 90-cı illərdən başlayaraq Amerika filmlərində rus silahları köhnə, geridə qalmış kimi göstərilir”,- Əsəd rusiyalı vəkillə görüşündə deyib.

Femida.az

Açar sözlər: #Əsəd   #Suriya   #Rusiya   #ABŞ   #dünya   #siyasət  

Oxunub: 835