İran hərbi bazasında güclü partlayış - 20 hərbçi ölüb
20:18 15 Aprel 2018
Ötən gün aprelin 14-də axşam Suriyanın Hələb şəhəri yaxınlığına İranın İnqilab Keşikçiləri Korpusunun bazasında güclü partlayış baş verib.
Virtualaz.org “Reuters”ə istinadən bildirir ki, partlayış nəticəsində onlala hərbçi ölüb. Suriya insan haqları monitorinq Mərkəzi hadisənin Hələbdən cənubda baş verdiyini bildirir.
CNN Türk kanalı isə öz mənbələrinə istinadən bildirir ki, İran hərbi bazası Hələbdən cənubda Azan dağlarında yerləşir. Partlayışdan sonra hadisə yerinə çoxsaylı təcili yardım və xilasetmə briqadaları göndərilib. İlkin məlumatlara görə partlayışda azı 20 İran hərbi qulluqçusu ölüb, çoxsaylı hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Bəzi şahidlər partlayışdan bir an əvvəl baza üzərində naməlum ölkənin hərbi təyyarələrinin uçduğunu deyirlər. Digər məlumatlara görə bazaya raket zərbəsi endirilə bilərdi.
Xatırladaq ki, aprelin 14-də keçən gecə ABŞ, Böyük Britaniya və Fransa Suriyaya güclü raket zərbələr endirib. Bu raket zərbələri əsasən Suriyanın kimyəvi silah potensialını hədəf almışdı. Pentaqon zərbələrin davam edə biləcəyini açıqlayıb. Bu baxımdan Hələb yaxınlığındakı İran bazasındakı partlayışın da bu hərbi əməliyyatlarla bağlı ola biləcəyi istisna deyil. Lakin baş vermiş hadisə İsrailin dəqiq raket zərbəsinə daha çox oxşayır. Bir neçə gün əvvəl İsrail aviasiyası Livan üzərindən Suriyanın Homs şəhəri yaxınlığındakı hərbi aerodroma zərbə endirib. Bu zərbələr zamanı İran pilotsuz kəşfiyyat təyyarələrinin aviabazada yerləşən komanda mərkəzi dağıdılıb, 7 İran zabiti öldürülüb. İsrail İranın Suriyada daimi hərbi iştirakına yol verməyəcəyini dəfələrlə bildirib.
Femida.az
Oxunub: 789
Oxşar xəbərlər
- Suriyanın şimalında 8 terrorçu zərərsizləşdirilib
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Suriyada bir neçə terrorçu zərərsizləşdirilib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib
- Suriyada onlarla terrorçu zərərsizləşdirilib
- Suriyada 3 terrorçu zərərsizləşdirilib
- Suriyada düşərgədə saxlanılan 11 nəfər Azərbaycana gətirilib