Türkiyədə başına bir milyon qoyulan terrorçu tutuldu


20:57     15 Aprel 2018 18_04_15_1523797186.jpg

“Əbu Eymən” kod adlı terrorçu Məhmət Abidoğlu Türkiyədə həbs olunub.

Başına bir milyon türk lirəsi mükafat qoyulan Əbu Eymən ləqəbli terrorçu Hatayda həbs edilib.

Türkiyə Daxili İşlər Nazirliyinin axtarış sistemində Əbu Eymən təhlükəli cinayətkarlar kateqoriyasında, yaşıl xətlə axtarışda olub.

Terrorçu saxlanıldıqdan dərhal sonra məhkəmə qarşısına çıxarılıb və həbsxanaya göndərilib.

O, həbs edilməzdən öncə türk kəşfiyyatı terrorçunun Suriyadan Türkiyəyə keçdiyi haqda informasiya əldə edə bilib./teleqraf

Femida.az

Açar sözlər: #Türkiyə   #terror  

Oxunub: 828