Saatlıda 5 otaqlı ev yanıb


13:29     16 Aprel 2018 13878640961363594763_yangin45sadas1.jpg

Saatlıda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonunun Qarayevkənd kəndində ümumi sahəsi 220 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 220 m2 sahədə, 4 otağının və mətbəxinin yanar konstruksiyaları 140 m2 sahədə yanıb.

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə
olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: Yanğın   Saatlı  

Oxunub: 487