İranda zəlzələ olub
09:40 16 Aprel 2018
İranın şimal-qərbində 3,7 bal gücündə zəlzələ baş verib.
Femida.az-ın Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Təbriz şəhərindən 83 kilometr şimal-qərbdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Femida.az
Oxunub: 345