Mikayıl Cabbarov misirli səfirlə görüşdü


16:31     16 Aprel 2018 2018/04/slt-2_1523867541.jpg

Vergilər naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın önəmi qeyd olunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı investisiya qoyuluşları üçün nəzərdə tutulan güzəştlər, azadolmalar və digər stimullaşdırıcı tədbirlər müzakirə olunub.

Femida.az

Açar sözlər: #Nazir   #Misir  

Oxunub: 715