Millət vəkilindən dollar açıqlaması


17:01     16 Aprel 2018 tahir%20mirkisili7.jpg

Son günlər manatın xarici valyutalar qarşısında mövqelərinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır. 2018-ci ilin 1-ci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı acıq aydıq görünür”.


Femida.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili mətbuata açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 1-ci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2.3% artıb, iqtisadiyyata 3.5 mlrd $ investisiya qoyulub. Ötən dövr ərzində Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olmuşdur. Xarici ticarət dövriyyəmiz 31%, ixracın həcmi isə 24% artmışdır. İnflyasiya birinci rübdə cəmi 4 faiz olmuş, əhalinin gəlirləri isə 10% artmışdır. Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70 dollardan yüksəkdir, dövlət büdcəsinin uğurla yerinə yetirilməsi üçün isə nəzərdə tutulmuş rəqəm 45 dollardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur.

Femida.az

Açar sözlər: Dollar   Deputat  

Oxunub: 1571