Fairy, Ariel... - Dövriyyədə saxta mallar var
17:32 16 Aprel 2018
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrin satılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, məlumatla əlaqədar Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə “Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb.
Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş “Ariel” sellofan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1372
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"