İranda dollar alıb-satmaq qadağan olunub


18:43     16 Aprel 2018 2015-05-30-10-50-51dollar-deleduzluq-liderxeber-640.jpg

İran Mərkəzi Bankı ölkədəki valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib.


Femida.az xəbər verir ki, bundan sonra məntəqələr yalnız qızıl pulların alqı-satqısı ilə məşğul ola bilərlər.

Xatırladaq ki, hazırda İranda dolların məzənnəsi 42 min riala bərabərdir. Qara bazarda isə Amerika valyutası 62 min riala dəyişdirilir.

Femida.az

Açar sözlər: Dollar   İran  

Oxunub: 571