Elman Mehdiyev sakinlərlə görüşdü


20:21     22 Sentyabr 2015 1442913921.jpg

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Lerikdə 5 rayonun sakinləri üçün qəbul keçirib.


Fonddan Femida.az-a verilən məlumata görə, fond sədri məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları ilə görüşüb.

Qəbulda Leriklə yanaşı Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri də iştirak edib. Görüşdə bir sıra məsələlər müzakirə edilib. Əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması məsələləri barədə təklif və şikayətlər dinlənilib.

Rahatlıq məqsədilə vətəndaşlar xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilib.

Qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb.

Açar sözlər:

Oxunub: 966