Məhəmməd Hüseyn Şəhriyarın İrandakı büstü söküldü - FOTO


19:04     16 Aprel 2018 18_04_16_1523873463.jpg


Görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İrandakı büstü sökülüb.

Femida.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şəkillər yayılıb. Eyni zamanda Güney Azərbaycandakı soydaşlarımız məlumat veriblər. Məlumatda deyilir ki, ustad Şəhriyarın Muğan vilayətindəki büstü şəhər meri tərəfindən sökdürülüb.

Şairin büstünün hansı səbəbdən söküldüyü barədə məlumat olmasa da, bu göstərişin İran hakimiyyəti tərəfindən verildiyi bildirilir.

Femida.az

Açar sözlər: #İran   #Cənubi_Azərbaycan   #büst   #Şəhriyar  

Oxunub: 1398