Rusiya qəzetindən Azərbaycana qarşı TƏXRİBAT


19:39     16 Aprel 2018 2018/04/untitled-1-1_(1)66_1523878903.jpg

Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib.


Femida.az APA-ya istinadən verdiyi xəbərə görə, "İzvestiya" qəzetinin saytında bu gün Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.

Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub.

S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya" qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.

Femida.az

Açar sözlər: #Rusiya   #Qəzet   #Separatçı  

Oxunub: 846