Prokuror "Topaz" sahibini qətlə yetirən şəxslərə cəza istədi


21:58     16 Aprel 2018 hokm.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirləndirilən Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.

Prokuror F. Bağırzadə və M. Eyvazovun hər birinin 20 il, Ə. İsgəndərovun 14 il, Kamran Qurbanovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 23-də davam etdiriləcək.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində Saray qəsəbəsində "Topaz" mərc oyunları məntəqəsinin sahibi Anar Nadirlinin Abşeron rayonu Saray qəsəbə sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərov tərəfindən amansızlıqla öldürüldüyü müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılaraq istintaqa təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 672