Əli Həsənovun nəvəsi yenidən məhkəmə qarşısında
23:31 16 Aprel 2018
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarılacaq.
Femida.az-ın ölkə.az-a istinadən xəbərinə görə, Nail Allahverdiyevin vəkili apellyasiya şikayətinin müddətinin bərpa edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ünvanlayıb. Ancaq fevral ayının 13-də keçirilən məhkəmə prosesində hakim müddəti bərpa etməyib. Vəkil müddətin bərpası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sabah hakim Faiq Qasımovun sədrliyi ilə vəkilin apellyasiya şikayətinə baxılacaq.
Qeyd edək ki, ötən il dekabr ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində qərar verib. N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma) və 263.3-cü (yol hərəkəti qaydalarını pozma — iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirli bilinib.
Xatırladaq ki, 2017-ci il avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilin yarışı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Gelandewagen"-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurub.
Nəticədə maşın yanıb. Üstəlik iki nəfər — avtomobilin sərnişini və piyada ölüb. Daha iki piyada — Türkiyə vətəndaşları olan Mütəllib və Songül Tekiş cütlüyü isə ağır bədən xəsarətləri alıb.
Femida.az
Oxunub: 1278
Oxşar xəbərlər
- Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət edib
- Əli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı müsadirə edilib
- Əli Həsənovun oğlunun Vüqar Səfərlinin məhkəməsinə çağırılması ilə bağlı qərar açıqlanıb
- "Tenderlərdə kimin qalib olacağına, evlərin kimə veriləcəyinə Əli Həsənov qərar verirdi"- MƏHKƏMƏ
- "Ramiz Mehdiyev dedi ki, işlərə Əli Həsənov nəzarət edəcək" - Vüqar Səfərli
- Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edilib
- Vilayət Eyvazov Əli Həsənovun oğlunu işdən çıxardı
- Ramiz Mehdiyev və Əli Həsənovun Qurban Məmmədova bağışladığı bina sökülür
- Baş Prokurorluq Əli Həsənovla bağlı açıqlama verdi
- Əli Həsənov vəzifəsindən azad edildi