İtkin düşən alpinistlərdən XƏBƏR VAR


00:17     17 Aprel 2018 alpinist4.jpg

Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını yenidən çətinləşdirib.

Bildirilib ki, Axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır:

"Aprelin 15-də Xınalığa 40 santimetr qar yağıb. Bu da alpinistlərin axtarışlarını bir az da çətinləşdirib. . Amma buna baxmayaraq, axtarışlar davam etdirilir. Axtarışlara könüllülər yenidən qoşulublar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, könüllülər axtarışları davam etdirir".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.2-ci . (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./trend

Açar sözlər: #alpinist   #itkin   #ekologiya   #Quba   #Xınalıq   #FHN  

Oxunub: 16705