"Kaş məndən halallıq alardı" - Əməkdar artist ölən deputat haqqında


00:42     17 Aprel 2018 18_04_16_1523897011.jpg

“Bu xəbəri eşidəndə çox pis oldum”.

Bu haqda aznews.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova millət vəkili, mərhum Astan Şahverdiyevin ölümündən danışarkən deyib. Müğənni dünyasını dəyişən deputata halallıq verdiyini bildirdi:

“Allah o dünyasını versin, günahlarından keçsin. Dünya malı dünyada qalacaq. Amma halallıq çox yaxşı şeydir. Kaş sağlığında məndən halallıq alaydı. Amma yenə də Astan Şahverdiyevə halallıq verirəm. Allah ona rəhmət eləsin. Həyatdır, gərək elə yaşayasan ki, hamı sənə öləndən sonra rəhmət söyləsin. Mən müsəlmanam, ona görə də düşünürəm ki, axirət çox çətin olacaq. Mən də ürəyi rəhimli, mərhəmətli insanam. Heç kimin malına da yan baxmamışam. Torpaq, var dövlət bu dünyada qalır. Gərək heç kimin malını yeməyəsən, ona sahib çıxmağa can atmayasan… Astan Şahverdiyevin ailəsinə başsağlığı verirəm”.

Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev, onun 11 sotdan çox torpağını mənimsəyib. Müğənni bununla bağlı məhkəməyə müraciət etsə də deputat tərəfindən ələ keçirilən torpaq sahəsini geri qaytara bilməmişdi.

Femida.az

Açar sözlər: #deputat   #əməkdar_artist  

Oxunub: 1690