Baqanes yolunun atəşə tutulması uydurmadır - MN-dən BƏYANAT


01:02     17 Aprel 2018 18_04_16_1523900010.jpg


Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bunun erməni tərəfinin növbəti təxribat xarakterli yalanı olduğu bildirilir.

Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.

Femida.az

Açar sözlər: #ordu   #Müdafiə_Nazirliyi   #bəyanat   #erməni   #cəbhə   #Qarabağ  

Oxunub: 1529