Kəlbəcərli girovların vəziyyəti pisləşib - Qardaşı açıqladı

Kəlbəcərli girovların vəziyyəti pisləşib - Qardaşı açıqladı

01:34     17 Aprel 2018 dilqem%20ve%20sa.jpg


Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib.

Bu barədə Real TV-yə girovun qardaşı İlham Quliyev məlumat verib.

“3 gün bundan əvvəl məktub göndərib. Vəziyyətinin pis olduğunu, dərmanla yaşadığını yazıb. Ödündən əməliyyat olunub. Dərmanla yaşayan adam necə olacaq?”, - deyə İlham Quliyev bildirib.

Digər kəlbəcərli girov Dilqəm Əsgərov isə ailəsinə məktub yazmayıb. Girovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin atası ilə görüşdüyünü, lakin məktub gəlmədiyini deyib.

“3 gün bundan qabaq BQXK-dən zəng vurdular ki, atam görüşüblər. Guya atamla bağlı hər şey qaydasındadır. Şahbazın vəziyyəti pisdir. İndi təsəvvür edin ki, Şahbaz dərmanla yaşayırsa, atam hansı vəziyyətdədir”, - deyə Kürdoğlu Əsgərov qeyd edib.

Femida.az

Açar sözlər: #girov   #Kəlbəcər   #Ermənistan   #Qarabağ   #Dilqəm_Əsgərov   #Şahbaz_Quliyev  

Oxunub: 839