Rusiyadan Ermənistanda olan vətəndaşlarına XƏBƏRDARLIQ


01:53     17 Aprel 2018 2018/04/Capture_1523900980.png


Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda olan vətəndaşlarına xəbərdarlıq edib.

Femida.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin müvafiq bəyanatı "Twitter"də dərc olunub.

Rusiya XİN bu günlərdə Ermənistanda olan vətəndaşlarını daha diqqətli olmağa çağırır.

"İnsanların kütləvi toplaşdığı yerlərdən kənar olmaq tövsiyə edilir", - bəyanatda deyilir.

Femida.az

Açar sözlər: #Ermənistan   #Rusiya   #XİN  

Oxunub: 1454