Ermənistanda etirazçılarla polis arasında toqquşma - 46 nəfər yaralandı

Ermənistanda etirazçılarla polis arasında toqquşma - 46 nəfər yaralandı


01:45     17 Aprel 2018 2018/04/ermenistan-aksiya_1523901207.png

Ermənistan paytaxtı Yerevanda Serj Sarqsyanın baş nazir təyinatına qarşı çıxan etirazçılarla polis arasında toqquşma baş verib.

"İnterfaks" xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər. Xəstəxanaya yerləşdirilənlərin üçü polisdir. Xəsarət alanların sayı 46 nəfərə çatıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

"Tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb", - Nazirliyin məlumatında deyilir.

Ermənistan Baş Prokurorluğu son günlər paytaxt Yerevanda kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları ilə bağlı cinayət işi açıb. İş Ermənistan Xüsusi İstintaq Xidmətinin icraatına verilib.

Femida.az

Açar sözlər: #Ermənistan   #aksiya   #etiraz   #polis  

Oxunub: 615