Xəzərdə balıqçı itkin düşdü


13:09     17 Aprel 2018 2018/04/baliqci_0258_1523942027.jpg

Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb.


FHN-dən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #balıqçı   #dalğıc-axtarış   #FHN  

Oxunub: 847