Bu gün seçkinin nəticələri təsdiqlənəcək
13:30 17 Aprel 2018
Bu gün Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticəsini təsdiq edəcək.
Femida.az xəbər verir ki, 2018-ci il 11 aprel tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
İclasda məruzəçi hakimlərin, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, Dövlət Statistika Komitəsinin əməkdaşlarının çıxışları dinləniləcək. Daha sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək nəticələri açıqlayacaq.
Xatırladaq ki, 15 aprel tarixində Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinə yekun vurub. 11 aprel tarixində keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 faiz (3 milyon 397 min 664) səs toplayaraq seçkilərdə qələbə qazanıb.
Digər namizədlər - Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc isə 3,12% səs toplayıb.
Qeyd edək ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.
Femida.az
Oxunub: 997
Oxşar xəbərlər
- Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
- XİN: "Abxaziyadakı qondarma "seçkiləri" tanımırıq"
- Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb
- Liviyada parlament seçkilər üçün yeni tarix tələb edib
- Qəddafinin oğlu Liviyada prezident seçkilərində iştirak etmək niyyətindədir
- Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
- Gürcüstanda seçkilərin ikinci mərhələsi başa çatıb
- Özbəkistanda prezident seçkiləri başa çatıb
- Özbəkistandakı prezident seçkiləri baş tutmuş hesab olunub
- Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək