İrəvanda etirazlar davam edir - Sarkisyanın başı dərddə + CANLI YAYIM


14:38     17 Aprel 2018 2018/04/ERMNISTAN-MITINQ_1523947360.jpg

İrəvan polisinin rəis müavini Valeri Osipyan Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edənlərə aksiyanı dayandırmağa çağırıb.


Buna baxmayaraq İrəvanda etiraz aksiyası davam edir.

Aksiyanın rəhbəri, deputat Nikol Paşinyan isə bəyan edib ki, etirazçılar bu gün S.Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirə olunacağı və səsvermə keçiriləcəyi parlamentə gedən yolları bağlamağa çalışacaqlar.

Hazırda aksiya iştirakçıları Abovyan, Koryun və Teryan küçələrindədirlər.

Qeyd edək ki, ötən gün etirazçılarla polis arasında toqquşma yaşanıb. 46 nəfər tibbi yardıma müraciət edib.







Femida.az

Açar sözlər: #İrəvan   #Polis   #Etiraz   #Sarkisyan  

Oxunub: 2552