Piyadanı öldürüb qaçdı

10:15     17 Aprel 2018 astarada-piyadan-vurub-ldrdlr_146.jpeg

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 1959-cu il təvəllüdlü Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən ölüb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun tutularaq istintaqa cəlb olunası istiqamətində əməliyyat-axtarış işləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Piyada   #Ölüm   #Şabran  

Oxunub: 358