Bakıda oyuncaq tapança ilə yanacaqdoldurma məntəqəsi soyuldu - VİDEO
14:28 17 Aprel 2018
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 16-da gecə saat 03.00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib onlardan 867 manat pul alaraq hadisə yerini tərk ediblər.
Məlumat polisə daxil olan kimi dərhal Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. İsti izlərlə həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar. Onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.
Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 3066
Oxşar xəbərlər
- Tbilisidə banka basqın olub
- Azərbaycanda oyuncaq tapança ilə mağazaya basqın olub, 45 min manatlıq qızıl aparılıb
- Gəncədə evə silahlı basqın olub, ana və oğluna xəsarət yetirilib
- Bakıda evə basqın edən qadınlara hökm oxunub
- Bakıda maskalı şəxslər şirkətə basqın edib, nəzarətçini bıçaqla hədələyiblər
- Bakıda evə silahlı basqın edən şəxsə cinayət işi açılıb
- Neftçalada marketə basqın olub
- İmişlidə evə basqın edilib, ana və qızı bıçaqla hədələnib
- Rusiyada universitetə silahlı basqın edən şəxs saxlanılıb
- Şəmkirdə evə basqın edən dəstə saxlanılıb