Astarada Rusiya vətəndaşı saxlanıldı


14:32     17 Aprel 2018 publraf.com1423305887hebs-a.jpg

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


DİN-in mətbuat xidmətinin Lənkəran Regional qrupundan Femida.az-a verilən məlumata görə, aprelin 16-da Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kəndində yaşayan Rusiya Federasiyanın vətəndaşı olan Bəhruz Cəfərovun üzərindən 1 bükümdə 4,3 qram çəkidə tiryək və 5 bükümdə ümumi çəkisi 0,7 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Bəhuz Cəfərovun Astara rayonunun Şahağacı kəndindəki yaşadığı evdən 3 kiloqram 90 qram çəkidə tiryək aşkarlanıb.

​Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Femida.az

Açar sözlər: #Astara   #Rusiya   #vətəndaş  

Oxunub: 812