Vergilər Nazirliyi banklara yoxlama aləti təqdim edib
14:38 17 Aprel 2018
Vergilər Nazirliyi dövlət satınalma əməliyyatlarına nəzarət etmək məqsədilə banklara yoxlama aləti təqdim edib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) Femida.az-a verilən məlumata görə, qurumun "Komplayens" üzrə ekspert qrupunun iclasında dövlət satınalma əməliyyatlarına nəzarət etmək məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması" qaydasına dair məsələlər müzakirə edilib.
Həmçinin iclasda zamanı "NBC Bank" ASC, "Bank Avrasiya" ASC və "GünayBank" ASC-nin nümayəndələrinin "Komplayns” ekspert qrupuna daxil edilməsi məsələsinə baxılıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Femida.az
Oxunub: 811
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Sabahın hava proqnozu açıqlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb