Maşın işıq dirəyinə çırpıldı - Bakıda qəza

10:44     17 Aprel 2018 qeza_yeni.jpg

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə gecə saat 01.00 radələrində Heydər Əliyev prospektində, “Koroğlu” metrosu yaxınlığında qeydə alınıb. BMW markalı avtomobil idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bakı   #Qəza   #Metro   #BMW  

Oxunub: 361