İlham Əliyev İraq səfirini qəbul edib


21:04     22 Sentyabr 2015 ilham%20eliyev92.jpg

Azərbaycan prezidenti İlham Əliyev İraqın ölkəmizdəki səfiri Heydər Şiya Əl-Barrakı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.


Femida.az-ın məlumatına görə, Azərbaycan-İraq ikitərəfli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev ölkələrimizin beynəlxalq səviyyədə əməkdaşlıq etməsini və bir-birinə qarşılıqlı dəstək verməsini yüksək qiymətləndirib.

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev Heydər Şiya Əl-Barrakın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Heydər Şiya Əl-Barrak isə qarşıdan gələn Qurban bayramı münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. O ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanda çoxlu dostlar qazandığını deyib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəmədiyini deyən Heydər Şiya Əl-Barrak səfirliyin fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Açar sözlər:

Oxunub: 928