"Azərbaycanda devalvasiya üçün əsas yoxdur" - RƏSMİ
15:25 17 Aprel 2018
"Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur".
Femida.az-ın məlumatına görə, bunu bu gün Bakıda "Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası"nın təsis edilməsinə həsr edilməsinə konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov deyib.
"Son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə, Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbnatlarını qarşılamamaq imkanları yoxdur. Mərkəzi Bank yetərincə banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirib. Bu sadəcə psixoloji amildir. Bizim apardığımı təhlil göstərir ki, burada alışı həyata keçirən daha çox əhali qrupudur. Bizim apardığımız hesablamalara görə son 1 həftə ərzində ortalama valyuta alışı adambaşına 800-1300 dollar olub. Bu onu deməyə əsas verir ki, sadəcə qonşu ölkələrdə baş verən hadisələrlə əlaqədar psixoloji amillərdən əhali qrupu bir az təşvişə düşüb. Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur", - deyə İ.Alışov vurğulayıb.
Femida.az
Oxunub: 962
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib