Mingəçevirdə əməliyyat - Xeyli sayda hərbi sursat tapılıb


15:45     17 Aprel 2018 hebspolisq12.jpg

Mingəçevirdə xeyli sayda hərbi sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən Şəfa bağlar sahəsində nömrəsi silinmiş “Karabin” markalı tüfəng, 3 ədəd patron darağı, 2 ədəd “F-1” markalı qumbara, 2 ədəd qumbara alışdırıcısı və 101 ədəd müxtəlif çaplı patron aşkarlanıb.

Bundan başqa Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Mehman Hüseynovdan “İJ-16” markalı tüfəng götürülüb.

Femida.az

Açar sözlər: #Polis   #Qumbara   #Tüfəng   #Patron  

Oxunub: 859