Azərbaycanda nə qədər iqtisadi artım olub?


15:58     17 Aprel 2018 pensiya_manat1.jpg

2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17185,1 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən xəbərə görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib.

İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, sənaye və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6 faiz, digər xidmət sahələrində 1,3 faiz artıb, tikintidə isə 11,2 faiz azalıb.

2017-ci ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,9 faiz, neft sektorunda isə 1,5 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 1755,7 manata bərabər olub.

Femida.az

Açar sözlər: #Manat   #İqtisadi   #Əhali  

Oxunub: 746