Milli Məclisdə 9 qanuna dəyişiklik edildi


16:44     17 Aprel 2018 parlament2.jpg


Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında 9 qanuna uyğunlaşdırma xarakterli dəyişiklik edilib.

Komitə sədri Rəfael Hüseynov dəyişikliklər barədə məlumat verib.

O bildirib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Telekommunikasiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında” “ Məlumat toplularının hüquqi qorunması haqqında” və “Memarlıq fəaliyyəti haqqında” qanunda edilən dəyişikliklər “Hərbi vəziyyət haqqında” qanuna və “Azərbaycan Respublikasının Müəllif Hüquqları haqqında Prezidentin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli fərmanına uyğunlaşdırma məqsədi daşıyır.

Dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub./report

Femida.az

Açar sözlər: #Milli_Məclis   #qanun   #məcəllə    

Oxunub: 1164