TANAP Türkiyənin qazpaylayıcı şəbəkəsinə qoşulur


16:58     17 Aprel 2018 tanap1.jpg


Trans-Anadolu Boru Kəməri (TANAP) bu ilin iyul ayının əvvəlində Türkiyənin daxili qazpaylayıcı şəbəkəsinə qoşulacaq.

Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol boru kəmərinin Əskişəhərin-Seyidqazi ərazisində inşası davam edən MS2 ölçmə və CS5 kompressor stansiyasında jurnalistlərə bildirib.

"TANAP-ın inşaat işlərinin 93%-i yekunlaşıb. İyun ayının sonuna sistem kommersiya qazının nəqli üçün hazır olacaq. İyul ayının əvvəlində isə TANAP-dan BOTAŞ-ın daxili qazpaylayıcı şəbəkəsinə kommersiya qazı nəql olunmağa başlanacaq. Bu ilin yanvar ayında TANAP-ın sınaq işlərinə başlanılıb. Layihə üzrə işlər uğurla həyata keçirilir", - deyə o, qeyd edib.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

Femida.az

Açar sözlər: #tanap   #neft   #iqtisadiyyat   #layihə  

Oxunub: 1154