Monteneqro prezidenti İlham Əliyevi təbrik edib
18:22 17 Aprel 2018
Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Femida.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.
Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının Zati-alinizin prezidentliyinin əvvəlki dönəmlərində ölkənizə qazandırdığınız uğurlardan məmnunluğunun, eləcə də indiki mürəkkəb dövrdə ölkəni məharətlə idarə etmək bacarığınıza tam inamın aydın sübutudur.
Əminəm ki, yenidən Azərbaycan Prezidenti seçilməyiniz beynəlxalq birlik tərəfindən də alqışlanıb. Çünki prezidentliyiniz dövründə nəinki Azərbaycan xalqının rifahı təmin olunub, hətta narahat bölgədə sabitlik möhkəmlənib.
Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı yüksək səviyyəli və daha da möhkəmlənən əlaqələrə görə Zati-alinizə minnətdarlığımı bildirirəm.
Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Femida.az
Oxunub: 789
Oxşar xəbərlər
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib