Hökumət binaları mühasirəyə alındı - Ermənistanda durum gərginləşir

Hökumət binaları mühasirəyə alındı - Ermənistanda durum gərginləşir


18:47     17 Aprel 2018 2018/04/ermenist_1523962231.png


Etiraz aksiyası iştirakçıları İrəvanda bir sıra hökumət binasını mühasirəyə almağa başlayıb.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Mitinq iştirakçıları Baş Prokurorluq, XİN, Ermənistan Diaspora Nazirliyini və Dövlət Gəlirləri Komitəsini əhatəyə alıblar.

Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.

Qeyd edək ki, bir qədər öncə Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə "xalq məxməri inqilabı"nın başlandığını elan edib./report.az

Femida.az

Açar sözlər: #Ermənistan   #aksiya   #etiraz   #mitinq   #İrəvan  

Oxunub: 583