Zakir Qaralov Rusiya baş prokuroruna müraciət etdi - "İzvestiya" qəzeti ilə bağlı
18:57 17 Aprel 2018
Baş prokuror Zakir Qaralov “İzvestiya” qəzetinin “İz.ru” informasiya portalının redaksiyası tərəfindən 16 aprel 2018-ci il tarixdə həmin portalda yayılmış məlumatda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribatın ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, "İzvestiya" qəzetinin saytında Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.
Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub.
S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.
Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya" qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.
Femida.az
Oxunub: 1095
Oxşar xəbərlər
- MN: "Ermənistan mətbuatında yayılan məlumat dezinformasiyadır"
- Rabitə və informasiya texnologiyaları sahəsinin bir qrup əməkdaşına fəxri ad verilib - SİYAHI
- “Beyninizi zir-zibillə doldurursunuz” – “Telegram”ın qurucusu
- "Məhkəmə qətnamələrinin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsinə laqeyd yanaşılır"
- Veteranların vahid informasiya bazası yaradılması layihəsi təsdiqləndi
- Müharibə veteranlarının vahid informasiya bazası yaradılır
- Qanunvericiliyə dövlət informasiya sistemlərinin məlumatları ilə bağlı maddə daxil edilir
- “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib - FƏRMAN
- Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası açıqlanıb
- Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılır