“Ermənistanda çevriliş ola bilər?” – Ekspertdən ŞƏRH

“Ermənistanda çevriliş ola bilər?” – Ekspertdən ŞƏRH


19:11     17 Aprel 2018 18_04_17_1523963531.jpg


“2015-ci ildə Ermənistanda keçirilən referenduma görə, ölkənin prezident üsul idarəsindən parlament üsul idarəsinə keçməsi bu il rəsmiləşdi. Bu dəyişiklikdən sonra sabiq Prezident Ser Sarkisyan baş nazir postuna namizəd oldu və onun baş nazir olacağı ehtimalı böyükdür. Çox güman Sarkisyan parlamentdə yetərsay toplayaraq baş nazir olacaq. Buna qarşı “Çıxış” bloku 2 gündür İrəvan küçələrində nümayişlər təşkil edərək etirazlar bildirir. Bu, etirazlar əlbəttə Sarkisyanın daha geniş səlahiyyətlərə sahib olan baş nazir postuna gəlməsinə qarşıdır. Hər nə qədər Ermənistanın digər müxalifət partiyaları “Çıxış” blokuna dəstək verməsə də, bəzi müxalif qüvvələr mitinqlərdə iştirak edir”.

Bu sözləri, siyasi elmlər doktoru, Ermənistan üzrə ekspert Hatəm Cabbarlı Femida.az-a açıqlamasında deyib. İrəvanda hakimiyyət əleyhinə keçirilən mitinqləri analiz edən dövlət müşaviri bu qənaətə gəlib ki, nümayişlər nəticəni dəyişməyəcək:

“Mənim analizimə görə, bu nümayişlər nəticəni dəyişən deyil. Sarkisyan baş nazir olacaq və bundan sonra ölkəni yenə də o idarə edəcək. Etirazçılar təkcə Sarkisyanın hakimiyyət dövrünün bu yolla uzadılmasına yox, həm də ölkədəki sosial-iqtisadi problemlərinə qarşıdırlar. Amma Sarkisyanın baş nazir postuna gəlişindən sonra da Ermənistanın daxili, xarici, eləcə də iqtisadi siyasətində ciddi bir dəyişiklik olmayacaq. Müxalifətin mitinqləri bu nəticəni dəyişməyəcək”.

Etirazda 50-ə yaxın yaralanan var. Ermənistanda son 5 ildə bu cür etiraz dalğası olmamışdı. Buna rəğmən mövcud hakimiyyətin mövqeyini qoruyacağı şübhəsizdir. Yəni bu qısa müddətli aksiyadır. Nəticəni dəyişəcək qədər potensialı yoxdur. Çünki digər müxalif partiyalar etiraza tam dəstək vermir.

Ümumiyyətlə Ermənistanda “Çıxış” bloku ən radikal müxalifət rolunu oynamağa çalışır və bunu edərkən, müəyyən dairələrin dəstəyini alır. Lakin xalqı təşkilatlandırma qabiliyyəti zəifdir. Nəticəni dəyişə bilməyəcəklər”.



Hatəm Cabbarlı Azərbaycanın mövcud vəziyyətdən istifadə etmə ehtimalını isə belə dəyərləndirib:

Azərbaycanın Ermənistandakı mövcud vəziyyətdən istifadə etməsi mümkündür. Burada demokratiya və söz azadlığının boğulması, insanlara qarşı həddindən artıq fiziki güc və zorakılıq tətbiq edilməsi faktlarını gündəmə gətirmək mümkündür. Bu məsələni Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda gündəmə gətirmək olar. Lakin bunun Avropada necə qarşılanacağı, Ermənistana təzyiq edilib-edilməyəcəyi sual altındadır. Amma bütün hallarda Azərbaycan bundan beynəlxalq aləmdə istifadə edə bilər”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #aksiya   #etiraz   #mitinq   #İrəvan   #Hatəm_Cabbarlı   #siyasət  

Oxunub: 1552