Mikayıl Cabbarov islahatlardan danışdı

Mikayıl Cabbarov islahatlardan danışdı


19:33     17 Aprel 2018 mikay;l%20cabb.jpg

"Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır".


Femida.az xəbər verir ki, bunu “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə “Tvinninq” layihəsinin açılış mərasimində vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

Femida.az

Açar sözlər: Azərbaycan   Vergilər   Tədbir   Nazir  

Oxunub: 689