Tanışını qətlə yetirən şəxsə hökm oxunub


20:11     17 Aprel 2018 hokm1.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Nehmətov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Bakının Suraxanı rayonunda baş verib. Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayev 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov tərəfindən bıçaqlanaraq öldürülüb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. Qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkum edilib. Onun əvvəllər tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 788