Sinif yoldaşını bıçaqlayan şagirdə ağır cəza istəndi


20:44     17 Aprel 2018 agir%20cinayet.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 9-cu sinif şagirdi Samir Fətullazadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, S. Fətullazadənin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 18-də davam etdiriləcək.

Qeyd edək ki, S. Fətullazadə Bakıdakı məktəblərdən birinin 9-cu sinif şagirdidir. O, aralarında yaranan münaqişə zəminində Rahib adlı məktəb yoldaşını bıçaqlayıb. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

Femida.az

Açar sözlər: #Bakı   #məktəb   #zərərçəkmiş  

Oxunub: 917