Liya Bayramova işdən çıxarıldı


20:51     17 Aprel 2018 2018/04/liya-bayramova_1523969552.jpg

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.

Bu barədə Femida.az-a nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, L.Bayramova səhhəti ilə əlaqədar, öz xahişi ilə işdən çıxıb.

Hazırda onu S.Əhmədova əvəz edir.

Qeyd edək ki, L.Bayramova 2015-ci ildən həmin vəzifədə çalışırdı.

Femida.az

Açar sözlər: #Vəzifə   #Nazirlik   #Səhiyyə  

Oxunub: 1203