14 gün komada qalan hamilə qadın öldü


21:02     17 Aprel 2018 xestexana_875.jpg

Qubada hamilə qadın ölüb. Hadisə Quba Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində baş verib.

Femida.az xəbər verir ki, Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlyar Sərvərov APA-ya bildirib ki, Xaçmaz rayon sakini, 28 yaşlı Rəqsanə Səfərova 14 gün öncə xəstəxanaya müraciət edib. Müraciət edən zaman qadının bətnində 10 həftəlik ölü döl olub. Rəqsanə Səfərova xəstəxanada 14 gün komada qalıb.

Baş həkim onun ölüm səbəbinin hamiləliklə bağlı olmadığını açıqlayıb. Onun sözlərinə görə, R.Səfərova hemmorragik insultdan (beyin damarının cırılmasın) dünyasını dəyişib.

Ə.Sərvərov deyib ki, 14 gün ərzində göstərilən tibbi yardıma baxmayaraq qadını xilas etmək mümkün olmayıb. O, dünən axşam saatlarında vəfat edib.

Femida.az

Açar sözlər: #Hamilə   #Xəstəxana   #Quba  

Oxunub: 911