Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılacaq
23:58 17 Aprel 2018
Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən üç ay müddətinə uzadılacaq.
Femida.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Beştepede keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan məlumatda qeyd olunub.
Xəbərdə Şuranın Türkiyə Nazirlər Kabinetinə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılmasını tövsiyə etdiyi vurğulanıb.
Bununla da Türkiyədə fövqəladə vəziyyət rejimi 7-ci dəfədir ki, uzadılacaq.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyulun 21-dən tətbiq olunur.
Oxunub: 876
Oxşar xəbərlər
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb
- Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədə zəlzələ olub
- Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var