Oğrunu tutmaq üçün 6600 polis axtarışa başladı


00:44     18 Aprel 2018 1385015103_pul-ogrusu-masindan.jpg

Yaponiyada həbsxanadan qaçan bir oğrunu tutmaq üçün 6600 polis vəzifələndirilib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Tatsuma Hirao 8 apreldə qaçsa da, hələ də onu tutmaq mümkün olmayıb.
Onun həbsxanadan qaçdıqdan sonra avtomobil oğurladığı da bildirilir. Hiraonun hazırda Mukaşima adasında olduğu ehtimal edilir. Əraziyə çoxlu sayda polis və helikopter cəlb edilib. Lakin, 1000-ə yaxın boş yazlıq evin olduğu adada ev sahiblərindən icazə alınmadığı üçün axtarışların aparılması ləngiyib.

Qeyd edək ki, 2013-cü ildə oğurluq törətdiyinə görə həbs edilən və 5,5 il cəza alan Hirao bir neçə ay sonra azadlığa çıxacaqdı.

Açar sözlər:

Oxunub: 750